31 C
Baku
22 İyul 2025, 11:14
Hadisə

Ucarda ikimərtəbəli ev yandı: Xəsarət alan var – FOTO

Ucarda fərdi yaşayış evində yanğın olub.

Bugun.tv-nin xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayonun Müsüslü kəndində qeydə alınıb.

 

Kənd sakini, 1958-ci il təvəllüdlü Elşad Azad oğlu Azadova məxsus, ümumi sahəsi 340 kvadratmetr olan ikimərtəbəli evdə güclü yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar rayonunun Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin ikinci mərtəbəsi və çardaq hissəsi tamamilə yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi E.Azadov yanıq xəsarəti alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Fransada pensiya islahatı etirazları: Deputatın qapısına divar hörüldü

Nigar Məmmədova

Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb

Bugün TV

Etiraz aksiyaları və tədbirlər müvəqqəti olaraq qadağan edildi

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu