27 C
Baku
21 İyul 2025, 7:45
Baş xəbərSosial

Ucarda şəhid Hikmət İbrahimovun anım günü qeyd edildi

Bugun.tv xəbər verir ki, Ucarda şəhid Hikmət İbrahimovun anım günü keçirilib. Tədbirdə Şəhid ailələri,qazilər,rayon rəhbərliyi ,ictimayyət nümayəndələri iştirak edib. Qəharmanın məzarı ziyarət olunub, üzərinə tər cicəklər düzülüb, ruhuna dualar oxunub. Şagirdlər vətənpərvər mövzuda şeirlər səsləndirib.

Natiqlər çıxış edərək vətən qəhramanlarının igidliyindən və şücayətindən bəhs ediblər. Hikmət Zaur oğlu İbrahimov  2020 ci ilin may ayında müddətli həqiqi hərbi xidmətə yola düşüb. 2020-ci il sentyabr ayında başlanan vətən müharibəsində, Füzuli istiqamətində geden döyüşlərdə iştirak edib.

24 gün şərəfli döyüş yolu keçən qəhramanımız 21 oktyabr Füzulin azadlığı uğrunda geden döyüşlərdə şəhid olub. 22 oktyabr doğulduğu Ucar rayon Qarabörk kənd qəbristanlığında torpağa tapşırılıb. Ölümündən sonra vətən uğrunda, döyüşdə fərqlənməyə görə, Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.

Məkanın cənnət olsun Qəhraman Şəhidimiz.

Müxbir: Səbinə Mirzəqızı

Bugün TV

Oxşar xəbərlər

Rusiya Sülh Qüvvələrinin qoşunları Qarabağı tərk etməyə başladı

Aynur Əfəndi Zadə

Prezident İlham Əliyev: Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk

Bugün TV

Gün ərzində 6 nəfərdə koronavirus aşkar edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu