25 C
Baku
19 İyul 2025, 23:42
Baş xəbərİqtisadiyyat

“Üçüncü ildir ki, Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edirik”

“Artıq üçüncü ildir ki Azərbaycan Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edir. Bu qələbənin memarı Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi şanlı Azərbaycan ordusudur. Ordumuzun hər zaman daha gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Möhkəm maddi-texniki baza güclü ordu üçün əsas şərtlərdən biridir və hər zaman Azərbaycanda prioritet olaraq qalmaqdadır”.

Bugun.tv xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov facebook səhifəsindəki paylaşımında bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycanın müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha gücləndirilməsi üçün dövlət büdcəsində 6 milyard 54 milyon manat vəsait nəzərdə tutulub. 2023-cü ilin dövlət büdcəsi dürüstləşdirilən zaman bu istiqamətə əlavə1 milyard 105 milyon manat vəsait ayrılıb.

“Azərbaycanın müdafiə xərcləri Ermənistanın ümumu dövlət büdcəsinin xərclərinin 56.0 faizindən çoxdur. Savaş başa çatsa da və münaqişə həll olunsa da belə hələ də sülh müqaviləsinin imzalanmaması regiondakı stabilliyin kövrək olmasından xəbər verir. Bu isə müdafiə qabiliyyətinin hər zaman daha da gücləndirilməsini tələb edir. Regionda sülhün qarantı da məhz güclü Azərbaycan ordusudur. Bir daha, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Silahlı Qüvvələr Gününüz Mübarək!”, – deyən, V.Bayramov xalqı təbrik edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Çovğun səbəbiylə 2 çoban donmaqdan xilas edildi

Aynur Camal

Məlahət İbrahimqızı şəhidin doğum günündə iştirak etdi – FOTO / VİDEO

Aynur Camal

Apple Vision Pro daha çox ölkədə əlçatan olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu