Dünya

UEFA İsraili yarışlardan kənarlaşdırmağa hazırlaşır

Qəzzada davam edən soyqırımdan sonra xüsusilə idman arenasında İsrailə qarşı sanksiya çağırışları artmaqdadır. UEFA-nın İsraili yarışlardan uzaqlaşdırmağa hazırlaşdığı bildirilir. Qərarın gələn həftə açıqlanması gözlənilir.

Bir tərəfdə futbolun universal dili, digər tərəfdə Qəzzada uşaqların ağlaması…

Dünyanın ən güclü idman qurumları indi tarixi qərarın astanasındadır.

BMT məruzəçiləri Fələstində törətdiyi soyqırım səbəbindən İsrailin futboldan uzaqlaşdırılmasını tələb ediblər. FİFA və UEFA-ya göndərilən çağırışda onun dərhal beynəlxalq yarışlardan kənarlaşdırılması tələb edilib.

Bu çağırışın UEFA, Avropa Futbol Assosiasiyaları İttifaqı çərçivəsində dəstəkləndiyi bildirilir.

UEFA İsrailin futbol matçlarında iştirakının dayandırılması ilə bağlı səsverməyə hazırlaşır. Qərar qəbul olunarsa, İsrail millisi DÇ- 2026-nın Avropa seçmə mərhələsində iştirakdan kənarlaşdırılacaq.

İsrailin oyunları ləğv oluna bilər

Məlumatda bildirilir ki, qərarın gələn həftə açıqlanması gözlənilir və Norveç və İtaliyaya qarşı keçiriləcək oyunlar da ləğv oluna bilər.

Soyqırımlı Netanyahu hökuməti UEFA-ya intensiv lobbiçilik edir. Bununla belə, bütün Avropada reaksiya getdikcə artır.

İspaniyanın baş naziri Pedro Sançes İsraili bütün beynəlxalq idman növlərinə qadağa qoymağa çağırıb.

Norveç, İsraillə oyunu ləğv olunmazsa, matçdan əldə edilən bütün gəliri Qəzzaya bağışlamağı planlaşdırır.

Yaşıl meydançalar indi qol və alqış səslərinin, eyni zamanda ədalət çağırışının əks olunduğu məkanlara çevrilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu