Dünyaİdman

UEFA-nın yeni prezidentinin kimliyi bəlli oldu

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin yenidən dörd illik müddətə seçilib.

O, Portuqaliyanın Lissabon şəhərində UEFA-nın 47-ci Adi Konqresi çərçivəsində keçirilən seçkidə vahid namizəd kimi çıxış edib.

“Bu, mənim üçün şərəfdir və həmçinin, futbola qarşı böyük məsuliyyətdir. Mən məyus olmamaq üçün əlimdən gələni edəcəyəm”,- Çeferin deyib.

Qeyd edək ki, Çeferin 2016-cı ilin sentyabrında UEFA-nın 7-ci prezidenti seçildi. O, Afinada keçirilən növbədənkənar UEFA konqresində 42 səslə yeganə rəqibi, UEFA-nın vitse-prezidenti Mixael van Praaq isə 13 səs toplayaraq qalib gəlmişdi.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Qətər xəbərdarlıq etdi: İranın yeni hücumları regionda gərginliyi daha da artıra bilər

Aynur Camal

Zelenski: Rusiya hava məkanı “tamamilə təhlükəli” vəziyyətə gəlir

Aynur Camal

İsrail polis komissarı: Dünya İsraili “quldur və cinayətkar dövlət” kimi görür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu