Bugun.tv xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof CNN telekanalına müsahibəsində deyib. O bildirib ki, bu, NATO-nun nizamnaməsinin “5-ci maddə”sinə analoji maddədir və sözügedən maddədə birinə hücumun hamıya qarşı hücum olduğu təsbit edilir.
“Biz razılığa gəldik ki, Birləşmiş Ştatlar və digər Avropa dövlətləri təhlükəsizlik zəmanətini əhatə etmək üçün 5-ci maddəyə bənzər bir formul təklif edə bilər. Putin dedi ki, NATO-ya qəbul məsələsi onun üçün qırmızı xətdir. Beləliklə, ukraynalıların bununla razılaşa biləcəyini fərz edərək, ABŞ-ın “5-ci maddə”yə uyğun müdafiə təklif edə biləcəyinə dair güzəşti əldə edə bildik”, – deyə Uitkof vurğulayıb. O deyib ki, belə bir müddəanın sülh müqaviləsinə daxil edilməsi ilə rusların razılaşdıqlarını ilk dəfə eşidirlər.