ABŞ-ın Kiyevə hərbi yardımı 2014-2021-ci illərdə təxminən 2,7 milyard dollar təşkil edib.
Bu barədə Bugün.Tv “The Washington Post”a istinadən xəbər verir. Ukrayna Misir və İsraili geridə qoyaraq, ABŞ-dan ən çox hərbi yardım alan ölkəyə çevrilib. Qəzetin məlumatına Rusiya xüsusi hərbi əməliyyatlara başlayandan bəri Vaşinqton artıq 3,8 milyard dollarlıq yardım edib. Hazırda nəzərdən keçirilən 40,1 milyard dollarlıq yeni yardım paketinin 20 milyard dolları hərbi ehtiyaclar üçün ayrılıb.
Bu arada Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov xəbərdarlıq edib ki, Qərbin Ukraynanı hərbiləşdirmək səyləri Avropa və qlobal təhlükəsizliyə birbaşa təhdiddir. Diplomat deyib ki, rəsmi Moskva Kiyev rejimini sponsorlarını qan tökülməsini təbliğ etməyi dayandırmağa və öz hərəkətlərinin nəticələri barədə düşünməyə çağırır.