Baş xəbərSiyasət

Ukrayna Aİ-yə üzvlüyə hazırdırmı ?

Ukrayna hökuməti 2024-cü ilin sonuna kimi Avropa İttifaqına (Aİ) daxil olmaq üçün bütün lazımi şərtləri yerinə yetirəcək.

Ukrayna KİV-i xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal bildirib.

“İyunda Ukrayna ixracına dair bütün rüsumların və kvotanın ləğvi ilə bağlı razılığa gələ bildik. İlin sonuna qədər “gömrük vizasız rejimi” tətbiq olunacaq. Avrointeqrasiya işləri bir gün də dayanmayıb. 2024-cü ilin sonuna qədər isə biz Avropa İttifaqına daxil olmağa tam hazır olmağı planlaşdırırıq. Bu, bizim dəyərli və sivilizasiya yolumuzdur”, – Şmıqal deyib.

Ukrayna Baş nazirinin fikrincə, ölkə rəhbərliyi iyuldan vizasız rejimin tətbiqinə nail ola bilib. O, həmçinin vurğulayıb ki, hazırda Ukrayna tərəfi Aİ ilə assosiasiya sazişi çərçivəsində rəsmi Kiyev qarşısında qoyulan tapşırıqların təxminən 70 %-ni yerinə yetirə bilib.

Aynur Camal

Oxşar xəbərlər

5694 manat pulu gizli yolla talayan saxlanıldı

Bugün TV

Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı

Kəmalə Sultan

Səfir Ferqus Old həlak olanların yas mərasimində iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu