16 C
Baku
23 Oktyabr 2025, 22:51
Baş xəbərDünya

Ukrayna aktyoru Soledar döyüşlərində ağır yaralanıb

Xarici Xəbərlər. 

 Ukraynalı teatr və kino aktyoru, musiqiçi və desant Dmitri Linartoviç Soledar yaxınlığındakı döyüşlərdə ağır yaralanıb. Sənətçiyə ağır beyin silkələnməsi diaqnozu qoyulub.

  Ağır zədə alan, başı sarğılı və sağ gözünün kənarından tamponada olan aktyor video şəkildə danışaraq müraciət edib.

 “Unutmayın ki, biz Allahın verdiyi torpaqdayıq. Biz heç vaxt qırılmayacağıq. Biz qalib gəlirik. “Yaşasın Ukrayna!” – yaralı aktyor deyib.

 Ukraynalı teatr və kino aktyoru, musiqiçi, Kiyev Milli Universitetinin müəllimi R.F-nın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərindən əlində silahla ölkəsini müdafiə edir.

 Aktyor ilk böyük rolu 2002-ci ildə Mixail İlenkonun rejissoru olduğu “Böyük karuseldə kiçik səyahət” filmində alıb. 2012-ci ildə işıq üzü görən “Oddan keçdi” filmində Linartoviç böyük rol oynayıb.

 2022-ci ildə isə gənc ukraynalı əsgərin yaraqlılar tərəfindən əsir götürüldüyü Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində baş verən hadisələrdən bəhs edən “Mübadilə” hərbi dramı ekranlara çıxıb.

Mənbə : unian.net

Aynur Camal

Oxşar xəbərlər

Mazda Miata-nın atası Tom Matano vəfat etdi: Avtomobil dünyası yas içindədir

Aynur Camal

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Kəmalə Sultan

Kremldən İstanbulda keçiriləcək danışıqlarla bağlı ilk şərh

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu