13 C
Baku
3 Noyabr 2025, 5:41
Digər

Ukrayna Avropa İttifaqından yeni maliyyə yardımı tranşı aldı

Bugun.tv xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko məlumat verib. Onun sözlərinə görə, ümumilikdə, Ukrayna öz tərəfdaşlarından 4,05 milyard avro alıb, bunun 1 milyard avrosu Rusiyanın dondurulmuş aktivlərinin gəlirləri hesabına “ERA Loans” çərçivəsində, 3,05 milyard avro isə bərpa və inteqrasiya üçün “Ukraine Facility” çərçivəsində verilib. “Bu dəstək həm dövlət büdcəsini, həm də bərpa prosesini gücləndirir. Avropalı tərəfdaşlarımıza təşəkkür edirik. Biz birlikdə güclü və vahid Avropada Ukraynanın gələcəyinə doğru inamla irəliləyirik”, – deyə Sviridenko əlavə edib. Ukrayna Milli Bankı bu il rekord məbləğdə (təxminən 55 milyard dollar) xarici maliyyə yardımının ediləcəyini proqnozlaşdırır.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Azərbaycanlı xilasedicidən örnək addım-FOTOLAR

Nigar Məmmədova

ANAMA:Ərazilərin minalardan təmizlənmə işləri davam edir

Nigar Məmmədova

İmtahan həyəcanını dəf etməyin qızıl qaydaları-VİDEO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu