22 C
Baku
23 Oktyabr 2025, 15:27
Dünya

Ukrayna Belqorodu vurdu: 7 ölü, 15 yaralı

Ukrayna Rusiyanın Belqorod şəhərinə hava zərbəsi endirib. Hava hücumu nəticəsində çoxmərtəbəli yaşayış binasının bir hissəsi qismən dağılıb. Ən azı 7 nəfərin öldüyü, 15 nəfərin yaralandığı, 10-dan çox insanın dağıntılar altında qaldığı təxmin edilir. Axtarış-xilasetmə işləri zamanı damın uçması nəticəsində təcili yardım qrupu dağıntılar altında qalıb.

Rusiyanın Belqorod şəhərində çoxmərtəbəli yaşayış binasının bir hissəsi Ukraynanın hava hücumundan sonra qismən dağılıb, RİA Novosti və TASS xəbər agentlikləri bildiriblər.

Hücumdan sonra uçan yaşayış binasında ən azı 7 nəfərin öldüyü, 15 nəfərin yaralandığı, 10-dan çox insanın dağıntılar altında qaldığı təxmin edilir.

Belqorod qubernatorunun verdiyi açıqlamada binanın Ukraynanın hava hücumu nəticəsində dağıdıldığı təsdiqlənib.

Zərərçəkmiş yaşayış binasında aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dam örtüyü uçub. Axtarış-xilasetmə qrupunun əksəriyyətinin dağıntılar altında qaldığı bildirilib.

Mənbə: Ntv.Tr

Kəmalə Sultan

Oxşar xəbərlər

Baş məşqçi vəzifəsini zəlzələdən zərər çəkən uşağa təhvil verdi

Nigar Məmmədova

Rusiyanın Fransadakı konsulluğunun ərazisində partlayışa səbəb kim olub?

Aynur Camal

Niyə katoliklər soldan sağa çarpazlaşırlar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu