Baş xəbərDünya

Ukrayna Britaniyanın uzaqmənzilli raketləri ilə Krımı vurmağa hazırdır

Xarici Xəbərlər.

Ukrayna Krımı vurmaq üçün Britaniyanın uzaqmənzilli raketlərindən istifadə etməyə hazırdır, “The Times” Ukrayna hərbi dairələrindəki mənbələrə istinadən yazıb.

Ukrayna lideri səfəri zamanı Rusiya hərbi obyektlərinin “işğal olunmuş ərazilərin dərinliklərində” məhv edilməsi ilə bağlı dediyi sözlər bu fikiri dəstəkləyir.

Qəzetin köşə yazarı George Grylls sözlərinə görə,  bu “ciddi eskalasiyaya” və “Qərbin müharibədə iştirakına” səbəb ola bilər.

Britaniyanın baş naziri Rişi Sunak Ukrayna prezidenti Vladimir Zelenskinin krallığa səfərindən sonra Ukraynaya daha çox hərbi yardım göndərəcəyini vəd edib.

Eyni zamanda əlavə  olunur ki, London uzaqmənzilli silahların tədarükü səbəbindən münaqişənin genişlənməsi ehtimalından ehtiyatlansa da, Böyük Britaniya hökuməti hazırda krallığın Ukraynaya nə qədər raket ötürə biləcəyini müzakirə edir. Mənbə: The Times

Aynur Camal

Oxşar xəbərlər

Arakçidən tənqid: “İsrailin hərəkətləri qanuni sayılır, İranın müdafiəsi isə qınanır”

Aynur Camal

NATO: İrandan Türkiyəyə yönələn ballistik raketlər uğurla zərərsizləşdirilib

Aynur Camal

Cənubi Koreyada İslama maraq artır: əsas səbəb dini təlim proqramlarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu