Baş xəbərDünya

“Ukrayna ilə münaqişənin dondurulmasını istəmirik”

Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişənin dondurulmasına qarşıdır.

Bugun.tv xəbər verir ki, Kreml nümayəndəsi həmçinin Rusiya Federasiyasının Qərblə həmrəy olub-olmaması sualına cavab olaraq bildirib ki, Rusiya həmrəydir, lakin Ukraynadakı münaqişənin dondurulmasına yol verməyəcəyik.

Almaniya kansleri Olaf Şolz daha əvvəldə bu barədə bildirmişdi ki, Ukrayna ətrafında vəziyyətlə bağlı sülh danışıqlarının aparılması münaqişəni dondurmaq məqsədi daşımamalıdır. Oxşar mövqeyi digər Qərb ölkələrinin nümayəndələri də ifadə ediblər.

Məsələn, Böyük Britaniyanın baş naziri Rişi Sunak da Kiyevə itirdiyi ərazilərin qaytarılmasını nəzərdə tutmayan və yalnız Ukraynadakı münaqişənin dondurulmasına gətirib çıxaracaq istənilən sülh planlarını kökündən yanlış adlandırıb.

Kiyev həmçinin bəyan edib ki, sülh təşəbbüsləri münaqişənin dondurulmasını ehtiva etməməlidir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu