35 C
Baku
20 İyul 2025, 10:39
Baş xəbərHadisə

Ukrayna: İlk F-16-lar ən tez 6-7 ay ərzində təhvil verilə bilər

Bugun.tv xəbər verir ki, Ukraynanın müdafiə naziri Oleksi Reznikov bəyan edib ki, ilk F-16 təyyarəsi ən tez 6-7 ay ərzində Ukraynaya təhvil verilə bilər.
F-16 təyyarələrinin texniki xidmət göstərə, təmir edə və döyüş vəzifələrini yerinə yetirə bilməsi üçün infrastruktur hazırlığının görülməsi lazım olduğunu bildirən Reznikov, pilotlarla yanaşı mühəndis-texniki işçilərin də yetişdirilməsinin vacibliyini, bunun ciddi bir iş olduğunu qeyd edib.
Reznikov, Ukrayna səmasında ilk F-16-ların uçması üçün təlim və digər işlərin davam etdiyini, ilk F-16-ların minimum 6-7 ay sonra təhvil verilməsinin gözlənildiyini bildirib.
Bundan əlavə, Reznikov ukraynalı pilotların 6 aya hazır ola biləcəyini vurğulayıb.
Xatırladaq ki, Hollandiya Ukraynaya 42, Danimarka isə 19 F-16 tədarük edəcəyini açıqlayıb.

Teymur Əziz

Oxşar xəbərlər

İraqda ABŞ hərbçilərinin avtomobil karvanı partladıldı

Nigar Məmmədova

Polşanın Rusiya konsulluğunu bağlamaq qərarı

Aynur Camal

22 iyul tarixi – “Əkinçi”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu