28 C
Baku
11 Sentyabr 2025, 16:16
Dünya

Ukrayna: Kurskda azı 30 Şimali Koreya əsgəri ölüb və ya yaralanıb

Ukrayna Kəşfiyyat İdarəsi Rusiyanın Kursk bölgəsində ən azı 30 Şimali Koreya əsgərinin öldüyünü və ya yaralandığını açıqlayıb.

Ukrayna-Rusiya müharibəsində qarşıdurmalar davam edir. Ukrayna Şimali Koreya əsgərlərinin Rusiyadakı vəziyyəti ilə bağlı açıqlama verib.

AZI 30 ŞIMALI KOREYA ƏSGƏRİ ÖLÜB

Ukrayna Kəşfiyyat İdarəsindən verilən açıqlamada həftə sonu Rusiyanın Kursk bölgəsində ən azı 30 Şimali Koreya əsgərinin öldürüldüyü və ya yaralandığı bildirilib.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya Ukrayna qoşunlarını Kursk bölgəsindən çıxarmaq üçün xeyli sayda Şimali Koreya vətəndaşını yerləşdirməyə başlayıb.

“O, onlardan Ukraynanın avqustda hücuma başladığı Kursk bölgəsində əməliyyatlarda istifadə edir”, – Zelenski bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Mebel fabrikində güclü yanğın baş verdi

Nigar Məmmədova

Danimarka “F-16”ların Ukraynaya göndərilməsini bir neçə aylığa təxirə saldı

İntizar Əmirova

Çin dünyanı dayandıra bilər! Britaniyalı deputat GPS-in təhlükəsini izah etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu