8 C
Baku
12 Dekabr 2024, 9:30
Baş xəbərDünya

Ukrayna Kurskda çoxlu Rus əsgərini əsir götürdü

 Rusiya ilə Ukrayna arasında müharibə həddi aşdı.

Hücuma keçən Ukrayna Rusiya ərazisinin Kursk bölgəsinə daxil olaraq xeyli rus əsgərini əsir götürdü. Rusiya lideri Vladimir Putini qəzəbləndirən hadisədə Ukrayna Rusiyada sabitliyi pozmaq istədiyini bəyan edib.

Ukraynanın Rusiyanın Kursk bölgəsinə başlatdığı hücumlardan sonra sosial şəbəkələrdə Ukraynanın Rusiya ərazisinə soxularaq əsgərləri əsir götürməsinin görüntüləri yayılıb. Fransanın AFP xəbər agentliyinə danışan Ukrayna təhlükəsizlik mənbəsi bildirib ki, Ukraynanın Kurskdakı məqsədi yüngül, lakin çox sürətli hücumlarla Rusiyada sabitliyi pozmaq və rus əsgərlərini qorxutmaqdır.

Ukrayna indiyədək 6 gün Rusiya ərazisində qala bilib. Bölgədən görüntülərdə Ukrayna əsgərlərinin çoxlu rus əsgərini əsir götürdüyü əks olunub.

Rusiya Ukraynanın ötən çərşənbə axşamı başladığı qəfil hücumda “yüzlərlə” əsgərin sərhədi keçdiyini iddia edib. Ukrayna rəsmisi real rəqəmin daha çox olduğunu bildirib. Mənbə əməliyyatda min əsgərin olub-olmadığını soruşduqda: “Minlərlə daha çox var” deyib.

Adının açıqlanmaması şərti ilə danışan təhlükəsizlik rəsmisi, “Hücum altındayıq. Məqsədimiz düşmənin mövqelərini boşaltmaq, mümkün qədər çox itki verməsini təmin etmək və Rusiyada sabitliyi pozmaqdır”.

Xatırladaq ki, Avqustun 6-da Ukrayna ordusu Rusiya ərazisinin Kursk vilayətinə hücumlara başladıqdan sonra iki ordu arasında şiddətli toqquşmalar başlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi Rusiya və Ukrayna hərbi qüvvələri arasında şiddətli toqquşmalar nəticəsində Kursk vilayətində vəziyyətin “federal fövqəladə vəziyyət” səviyyəsinə qaldırıldığını açıqlayıb. Nazirlik münaqişələr səbəbindən bölgədən 76 mindən çox insanın təxliyə edildiyini, ölkənin 8 müxtəlif bölgəsində 60-a yaxın müvəqqəti məskunlaşma mərkəzinin yaradıldığını açıqlamışdı.

Rusiya Milli Terrorla Mübarizə Komitəsinin verdiyi açıqlamada Rusiyanın Ukrayna ilə sərhədindəki Kursk, Belqorod və Bryansk vilayətlərində terrorla mübarizə vəziyyətinin elan edildiyi bildirilib.

Rusiya Müdafiə Nazirliyi ötən gün Ukrayna ordusu ilə toqquşmaların davam etdiyi Kurska əlavə əsgər və hərbi maşın göndərdiyini açıqlayıb. Vaqner muzdlularının da bölgəyə getdiyi iddia edilib.

Ukrayna mətbuatında çıxan xəbərlərdə Ukrayna əsgərlərinin Kursk şəhərinə doğru 30 kilometr irəliləyərək bölgənin Suca şəhəri ətrafındakı bəzi yaşayış məntəqələrini nəzarətə götürdüyü iddia edilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Ağac emalı fabrikində yanğın

Bugün TV

Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirib

Aynur Camal

Cari ayın bütün sosial ödənişləri yekunlaşdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu