28 C
Baku
11 Sentyabr 2025, 16:06
Dünya

“Ukrayna Macarıstanın Milad atəşkəs təklifini rədd etdi”

Kremlin sözçüsü Dmitri Peskov Macarıstanın baş naziri Viktor Orbanın Milad bayramında Ukraynaya atəşkəs və məhbus mübadiləsi təklif etdiyini, lakin Zelenskinin bu təklifi rədd etdiyini açıqlayıb.

Peskov Orbanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığının təfərrüatlarını paytaxt Moskvada jurnalistlərlə bölüşüb.

Dünənki telefon danışığında Orbanın Ukrayna ilə bağlı bəzi təkliflər verdiyinə diqqət çəkən Peskov, “Orban Milad ərəfəsində Rusiya ilə Ukrayna arasında böyük əsir mübadiləsi, Miladda isə atəşkəs təklif etdi” deyib.

Peskov, Rusiyanın heç vaxt sülh razılaşmalarını rədd etmədiyini ifadə edərək, “Zelenski və ətrafının sosial mediadakı reaksiyalarına əsasən, Ukrayna tərəfi Orbanın bütün təkliflərini rədd etdi” deyib.

Mətbuat katibi Peskov bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Putin və Orbanın telefon danışığından dərhal sonra Macarıstanın Moskvadakı səfirliyinə dəyişdirilə biləcək şəxslərdən ibarət məhbusların siyahısını göndərib.

Ətraflı XəbərlərBildirilib ki, Orban və Putin Ukrayna və Suriyadakı vəziyyəti dəyərləndirmək üçün dünən telefon danışığı aparıblar.

Zelenski ölkəsi ilə bağlı məsələlərlə bağlı Orbanın Putinlə telefon danışığına reaksiya versə də, Macarıstan lideri “sülh üçün səy göstərdiyini” cavablandırıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Konqresi DeepSeek-dən istifadəni qadağan edir

Aynur Camal

Türkiyə və Suriya liderləri görüşə bilərlər

Nigar Məmmədova

Bir kilometr məsafədən ən kiçik hərfi oxuya bildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu