29 C
Baku
28 İyun 2025, 18:56
DünyaSiyasət

Ukrayna maliyyə və iqtisadi baxımdan müflis olub?- İDDİA

“ABŞ və Avropa İttifaqı Kiyevə maliyyə dəstəyini dayandıran kimi Ukraynadakı hərbi münaqişə bitəcək”.

Bugun.tv xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasına müsahibəsində bildirib.

O, Ukraynanın maliyyə və iqtisadi baxımdan müflis olduğunu vurğulayıb.

“Ukrayna iqtisadi cəhətdən mövcud olmayan ölkədir. ABŞ və Avropa İttifaqı Ukrayna dövlətini maliyyələşdirməyi dayandıran kimi müharibə başa çatacaq”,- Orban qeyd edib.

“Hazırda vəziyyət fərqlidir. Macarıstan vergi ödəyiciləri ümumi Avropa büdcəsi vasitəsilə Kiyevi dəstəkləməlidir. Ukraynada macar azlığının hələ də təqiblərə məruz qalması pis haldır”, – o vurğulayıb.

Orban hesab edir ki, ABŞ və Aİ-nin maliyyə yardımı Ukraynaya pensiya və maaşları ödəməyə imkan verir. Düşünür ki, bu vəziyyət uzun müddət davam edə bilməz.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Yarış zamanı sürücü tamaşaçılara çırpıldı: 18 nəfər yaralandı

Aynur Camal

Böyük Britaniyanın Baş naziri Ukraynaya səfər edəcək

Aynur Camal

Qəzzada ölənlərin sayı 33 min 899-a yüksəlib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu