11 C
Baku
11 Aprel 2026, 20:22
Dünya

Ukrayna müdafiə nazirinin müavini istefa verdi

Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov Nazirliklə yaranmış qalmaqal fonunda istefa verib.

Bugun.tv xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, Ukraynanın müdafiə naziri Aleksey Reznikov bu gün Vyaçeslav Şapovalovun Ukrayna müdafiə nazirinin müavini vəzifəsindən azad edilməsi ilə bağlı müraciətini qəbul edib. O,bu barədə Ukrayna Nazirlər Kabinetinə müvafiq təqdimat göndərib.

Qeyd edək ki, Şapovalov Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh şəxs id. Onun  barəsində ordunun ehtiyacları üçün ərzaq alınması ilə bağlı korrupsiya qalmaqalı meydana çıxmışdı.

Toplanmış bir sıra sənədlər əsasında məlum olub ki, korrupsiya yolu ilə mənimsənilmiş məbləğ ilkin olaraq təxminən 13.16 milyard Ukrayna qrivnası (350 milyon dollardan artıq) təşkil edir.

Bu gün həmçinin Ukrayna Baş prokurorunun müavini Aleksey Simonenkonun vəzifəsindən azad edilməsi məlum olub.

Simonenko vəzifədən azad olunması xəbərini İspaniyadakı məzuniyyətdən qayıtdıqdan sonra alıb.

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu