27 C
Baku
10 İyun 2025, 10:38
Siyasət

“Ukrayna müharibəsi dünyada sülhün nə qədər zəif bir tellər üzərində olduğunun göstəricisidir”

Ukraynada gedən proseslər digər kiçik inkişaf etməkdə olan ölkələrə bundan sonra necə təsir edəcək? – sualına hərbi-icmalçı jurnalist, ictimai xadim Ramil Məmmədli Bugun.tv-yə müsahibəsində aydınlıq gətirib:

“Ukrayna müharibəsi bir daha dünyada sülhün nə qədər zəif tellər üzərində olduğunu göstərdi. Yəni dünyada sülhün ölkələr arasında sülh və əmin-amanlığın, stabilliyin süni şəkildə saxlanıldığının bariz nümunəsi oldu. Rusiya silahlı qüvvələrinin Ukraynaya daxil olduğu ilk saatlardan qərb ölkələri Amerika, Avropa ölkələri, Fransa, Almaniya, Böyük Britaniya münaqişənin dayandırılması əvəzinə, ukrayna tərəfini silahlandırmaq, müharibədə iştirakını aktivləşdirmək istiqamətində addımlar atdılar. Hətda atəşkəsin əldə olunması şanslarının qarşısını aldılar. Misal üçün İstanbul danışıqları. Və sanki, Qərb Rusiyanın hərbi texniki baxımdan tənəzzülə uğrayacağını düşünürdü və təbliğatda bu istiqamətdə aparılırdı. Xatırlayırsınızsa 3 ildən artıq bir müddətdə müddətdə qərbin səsləndirdiyi fikirlər, o təbliğat fəaliyyəti əsassız olduğu göründü. Əlbəttə ki, hər addımda ukraynada sülh və stabilliyin əldə olması istiqamətində əsaslı addımlar atılacağına yaxın bir zamanda, münaqişənin dahada qızışdırılması istiqamətində addımlar atılır. Bu addımlardan biri də Rusiyanın dərinliyində, Rusiyaya məxsus aerodromlarında döyüş vasitələrinin bəzilərinə dron hücumunun təşkil olunması və onların sıradan çıxarılması idi. Əlbəttə ki, bu cür ciddi əməliyyatın Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlandığını demək təcrübəsizlik və delitantlıq olardı. Və əlbəttə ki, bu işdə başqa digər ölkələrinin də, qərb ölkələrinində fəaliyyəti danılmazdır. Təbii ki, rəsmi Moskva bu boşluqları görür amma artıq stabilliyin sülhün əldə olunmasından söhbət getmir. Bu artıq formal hir xarakter daşıyır çünki Rusiya göründüyü kimi Xarkov, Sum, Donetsk, Zaparoj istiqamətində yerüstü əməliyyatların miqyasını artırmaqla məşğuplar. Yəni bu günlərdə və bir neçə gün bundan 3-5 gün ərzində Rusiya Sum vilayətində 5 yaşayış məntəqəsini ələ keçirdi.

Bir sözlə üçüncü dünya müharibəsi kimi görünən bu müharbə hibrid formada həyata keçirilir. Yəni əsas iştirakçılar kənardadır. Amma görünən başqa tərəflərdir. Təbii ki, burda məqsəd Rusiya və onun müttəfiqlərini zəiflətməkdir. Bu bölgələrə və Rusiyaya nəzarəti artırmaqdır. Bir sözlə görünən odur ki, bundan sonraki müharibələr də, bu cür, yəni hibri formada olacaq. Hansı ölkə daha zəifdirsə,  siyasi baxımdan iradəli deyil onlardan istifadə olunacaq. Necə ki, Ukraynadan bu gün Qərb öz məqsədləri üçün istifadə etməyi bacardı”.

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın yüksək təhlükəsizlik rəsmisi Əfqanıstanla sərhəddə KTMT və ŞƏT-ə əlavə tədbirlər görməyə çağırdı

Kəmalə Sultan

G7 dövlətləri Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşmasını alqışlayırlar

Nigar Məmmədova

Fransada hökumətin devrilməsi üçün təqdim edilən təklif rədd edildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu