Əfsanəvi Pink Floyd rok qrupunun həmtəsisçisi Rocer Uotersin Polşada planlaşdırılan konsertləri ləğv edilib. Qeyd edək ki, müğənninin Ukrayna müharibəsi ilə bağlı tuduğu mövqeyi və xanım Olena Zelanzkaya göndərdiyi açıq məktubu konsertlərin ləğvinə əsas göstərilib.
Konsertin təşkilatçısı Live Nation Poland konsertlərin ləğv olunduğunu təsdiqləsə də, başqa heç bir açıqlama verməyib.
Bu barədə Bugün.tv BBC NEWS-a istinadən xəbər verir.
Uoters məktubda yazıb ki, Ukraynada “ifrat millətçilər ölkənizi bu fəlakətli müharibə yoluna çıxarıblar”.
Həmçinin Roger Waters Ukrayna lideri Volodimir Zelenzkini Donbas bölgəsinə sülh gətirmək üçün seçki kampaniyasında verdiyi vədi tutmamaqda ittiham edib. Lakin məktubda Rusiyanın müharibədəki məsuliyyətini qeyd etməyib.
Xanım Zelanzka da Twitter-də Waters-a cavab verərək, Ukraynanı işğal edənin Rusiya olduğunu deyib və indi Ukrayna şəhərlərini yerlə-yeksan etdiyini və dinc sakinləri öldürdüyünü vurğulayıb. Zelenzka həmçinin əlavə edib ki, “Roger Waters, sən başqa ölkənin liderindən sülh istəməlisən”.
Uotersin açıq məktubuna reaksiya verən Polşanın Krakov Şəhər Şurasının üzvü Lukas Wantuch ictimaiyyəti konsertləri boykot etməyə çağırıb.
Qanunverici orqan üzvləri həmçinin Uotersin “persona non qrata” elan edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb və sentyabrın 28-də səsverməyə çıxarılacaq.
“Rusiyanın Ukraynaya hücumunu və rus əsgərlərinin üzə çıxmış hərbi cinayətlərini nəzərə alaraq, parlament üzvləri də Rocer Uotersin Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı bəyanatlarına qəzəblərini bildirirlər”, – qanun layihəsində deyilib.