24 C
Baku
11 Sentyabr 2025, 3:31
Baş xəbərDünya

“Ukrayna NATO-nun bir hissəsi ola bilməz”

ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevin NATO üzvlüyü ilə bağlı “NATO-dan söhbət gedə bilməz. Siz onun bir parçası olmayacaqsınız” deyib.

Xüsusi nümayəndə Kellogq Fox News-a Ukraynada mümkün sülh və ölkənin NATO prosesi haqqında danışıb.

Kelloqq bildirib ki, Vaşinqton administrasiyası Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəslə bağlı müxtəlif danışıqlar aparır.

Kelloqq qeyd edib ki, ABŞ-ın qlobal miqyasda iştirak etməli olduğu bir çox məsələ var və uzun müddət davam edən Rusiya-Ukrayna müharibəsindən bir fürsət yarana bilər.

Sülh prosesinin şərtlərinin Rusiya və Ukrayna tərəflərinə təqdim ediləcəyi “ilkin protokol” razılaşmasına vasitəçilik edəcəklərinə diqqət çəkən Kellogg, “NATO-dan söhbət gedə bilməz. Siz bunun bir parçası olmayacaqsınız” deyərək Ukraynaya müraciət edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Xəzər dənizində naməlum kişi meyiti tapıldı

İntizar Əmirova

MM- in Elm və Təhsil Komitəsi onlayn iclas keçirib

Şükufə Ramizqızı

Azərbaycanın diqqətəlayiq liderliyi: Prezident İlham Əliyevin baxışlarına baxış

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu