23 C
Baku
9 İyun 2025, 23:32
Siyasət

Ukrayna ordusu Rusiya hərbi təyyarələrini döyüş meydanından çıxarmağa nail oldu

Ukrayna ordusu bu gün çox ciddi bir əməliyyat həyata keçirib. Əməliyyat zamanı FPV tipli dronlardan istifadə olunub. Bu dronlar sürətli, daha manevr qabiliyyətli olmaqla yanaşı, digər növlərlə müqayisədə daha ucuz və tez hazırlanandır. Açıq mənbələrin məlumatına görə, həmin dronlar ənənəvi pilotlar tərəfindən deyil, süni intellekt tərəfindən idarə olunub.

Bugun.tv xəbər verir ki, bəzi məlumatlara əsasən, bu layihənin icrasına 2023-cü ildən başlanılıb və süni intellektin düşməni tanıması üçün xüsusi layihə həyata keçirilib. Nəticədə, təxminən 1000 ABŞ dolları dəyərində olan bir FPV dronu, hər biri 50–100 mln ABŞ dolları arasında qiymətləndirilən Rusiya hərbi təyyarələrini döyüş meydanından çıxarmağa nail olub.

İddialara görə, ümumilikdə 40-a yaxın təyyarə ya məhv edilib, ya da ciddi şəkildə zədələnib. Bu isə Rusiya HHQ-nin döyüş potensialına əhəmiyyətli zərbə vurub.

Xatırladaq ki, 2-ci dünya müharibəsindən sonra Rusiya HHQ-nə bu həcmdə zərbə vurulmamışdır. Artıq Rusiya ekspertləri zərərin miqyasını Pearl Harborla müqayisə edirlər. Bu sadəcə HHQ-nə dəymiş zərər deyil, bu paralel olaraq heç kəsin təhlükəsiz olmadığı mesajını verir, psixoloji gərginliyi artırır.

Mənbə: Facebook

Aynur Camal

Oxşar xəbərlər

Zelenski Türkiyəyə minnətdarlıq bildirdi

Bugün TV

İlham Əliyev Füzuli rayonunun Cuvarlı kəndinin təməlini qoyub 

Bugün TV

“Ukraynanın dərin zərbəsi yüksək texnologiyalı müharibənin gələcəyi ilə bağlı narahatlıqları artırır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu