6 C
Baku
25 Fevral 2026, 11:35
DünyaSiyasət

Ukrayna Ottava Konvensiyasından çıxır

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin piyada əleyhinə minaları qadağan edən müqavilədən çıxdığını təsdiqləyib.

Zelenski ölkəni piyada əleyhinə minalardan istifadəni qadağan edən beynəlxalq müqavilə olan Ottava Konvensiyasından çıxmaq haqqında fərman imzalayıb.

Fərmanda Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Ukraynanın ərazi bütövlüyü və suverenliyini qorumaq məqsədilə” müqavilədən çıxması barədə qərarı təsdiq edilib.

Ukraynalı deputat Roman Kostenko deyib ki, geri çəkilmə parlament tərəfindən qəbul edildikdən sonra qüvvəyə minəcək.

“Rusiya bu müqavilənin tərəfi deyil. Düşmənin sərhədləri olmadığı halda biz bağlı qala bilmərik”, – Kostenko Facebook-da yazıb.

Ukrayna Ottava Konvensiyasını 1999-cu ildə imzalayıb və 2005-ci ildə ratifikasiya edib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

CIA-dan İran xalqına çağırış: “Yardım etməyə hazırıq”

Aynur Camal

Sürücülərə sağlam bel üçün sadə məşqlər tövsiyə olundu

Aynur Camal

Aİ: Ukraynanın üzvlüyünə dair konkret tarix demək mümkün deyil

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu