Dünya

Ukrayna prezidenti Zelenski sülh planını müzakirə etmək üçün ABŞ-a səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampla sülh planını müzakirə etmək üçün ABŞ-a səfər edəcək.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Prezident Volodimir Zelenskinin Rusiya-Ukrayna müharibəsinə son qoymağı hədəfləyən sülh planı ilə bağlı Trampla görüşmək üçün ABŞ-a səfər edəcəyini açıqlayıb.

Umerov bildirib ki, Ukrayna və ABŞ-ın yüksək vəzifəli rəsmiləri İsveçrənin Cenevrədə sülh planı ilə bağlı məhsuldar və konstruktiv danışıqlar aparıblar.

Umerov ABŞ Prezidenti Trampın müharibəyə son qoymaq üçün göstərdiyi qətiyyətli səylərinə görə minnətdarlığını bildirib və deyib: “Cenevrə danışıqlarında razılaşmanın əsas şərtləri ilə bağlı ortaq bir anlaşma əldə edilib. İndi növbəti addımlarda Avropa tərəfdaşlarımızın dəstəyinə güvənirik. Zelenskinin bu ay ən qısa zamanda ABŞ-a səfərini və son addımlarda iştirakını və Trampla razılığa gəlməsini səbirsizliklə gözləyirik:.

Mənbə: İlkha

Elnarə Dərziyeva

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu