7 C
Baku
21 Dekabr 2025, 12:08
Dünya

Ukrayna: Rusiya Kiyevə bu ilin ən intensiv İHA hücumunu həyata keçirdi

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə 2024-cü ilin ən intensiv pilotsuz uçuş aparatı (PUA) hücumunu həyata keçirdiyi bildirilib.

Kiyev Hərbi Administrasiyasının sosial media hesabında edilən paylaşımda Rusiya ordusunun paytaxt Kiyev başda olmaqla ölkənin müxtəlif nöqtələrinə İHA hücumları təşkil etdiyi bildirilib.

Yazıda hücumlarda onlarla PUA-dan istifadə edildiyi, hücumun əsas hədəfinin Kiyev olduğu bildirilib.

Yazıda iyul ayında İHA-larla Kiyevə hücumun 7-ci dəfə həyata keçirildiyi ifadə edilərək, “İstifadə olunan PUA sayı baxımından 2024-cü ildə paytaxt üçün ən sıx hücum idi” – deyə bəyanat daxil edilib.

İlkin məlumatlara görə, Kiyevdə insan itkisi olmayıb, aşkarlama işləri davam etdirilir, həmçinin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 30-dan çox PUA-nın məhv edildiyi bildirilir.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Qızmar istilər nəticəsində 46 nəfər öldü

Bugün TV

Psixoloq sağlam münasibətlər üçün ideal yaş fərqini adlandırır

Aynur Camal

“Google” süni intellekt oyunu ilə görüntülərə sorğu yazmağı öyrədəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu