Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev və Xarkiv şəhərinə raket və pilotsuz uçuş aparatı (PUA/İHA) hücumları həyata keçirib.
Kiyev şəhər meri Vitali Kliçko sosial media hesabında paylaşdığı açıqlamada, Rusiya tərəfindən şəhərə İHA hücumu təşkil olunduğunu bildirib. O qeyd edib ki, hücum nəticəsində Kiyevdəki bir uşaq bağçası və bəzi binalar ziyan görüb, iki nəfərin yaralandığı bildirilir.
Xarkiv şəhər meri İqor Terehov da sosial media vasitəsilə paylaşımında bildirib ki, Rusiya bu gecə və səhər saatlarında şəhərə raket hücumları həyata keçirib.
Ukrayna Hərbi Hava Qüvvələrinin verdiyi açıqlamaya görə, Rusiya ordusu hücum zamanı 2 “İskəndər-M” tipli ballistik raket və “Şahəd”, “Gerbera” və “İtalmas” tipli ümumilikdə 183 İHA istifadə edib. Hava hücumundan müdafiə qüvvələri isə 156 İHA-nı məhv edib.
Açıqlamada həmçinin bildirilib ki, iki raket və digər İHA-lar ölkə üzrə 16 fərqli nöqtəyə dəymişdir.
Mənbə: Trt.Haber
