19 C
Baku
8 Sentyabr 2024, 3:27
Digər

Ukrayna: “Rusiya Odessa vilayətində kənd təsərrüfatı müəssisəsini raketlərlə vurdu”

Bugun.tv xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın Odessa vilayətində mülki kənd təsərrüfatı müəssisəsini raketlərlə vurduğunu bildirib.

Komandanlığın verdiyi yazılı açıqlamaya görə, Rusiya ordusu gecə saatlarında qanadlı raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə Ukrayna ərazisinə hücum edib.

Açıqlamada, ümumilikdə, 16 hava hədəfinin aşkar edilib. “Hücumun əsas istiqaməti Odessa vilayətinin cənubu olub. Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri ilə əməkdaşlıq çərçivəsində aparılan döyüş əməliyyatları nəticəsində və Müdafiə Qüvvələri, 6 ədəd Şahed-136/131 tipli PUA, X-101/X-555/X-55 tipli “6-sı qanadlı raket daxil olmaqla cəmi 12 hava hədəfi məhv edilib”, – açıqlamada qeyd olunub.

Rusiya raketləri Odessa vilayətində mülki kənd təsərrüfatı müəssisəsinin ərazisini vurub. Hadisə yerində Fövqəladə Hallar Dövlət Xidmətinin qruplarının işlədiyi açıqlanıb.

Ukrayna Cənub Müdafiə Qüvvələri Komandanlığından verilən açıqlamada vurulan 6 PUA-dan 4-nün Nikolayev bölgəsində, 2-nin isə Odessa vilayətinin hava məkanında məhv edildiyi bildirilib.

Teymur Əziz

Oxşar xəbərlər

Tarixin ən böyük xəzinəsi: Kolumbiya 18 milyard dollarlıq xəzinə üçün hərəkətə keçdi!

Aynur Camal

“Marafon kraliçası”nın müdafiəsi həbsdən apellyasiya şikayəti verdi

Bugün TV

Baş nazir Ciorcia Meloni İtaliyanın “Bir kəmər, bir yol” təşəbbüsündən çıxmasını şərh etdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu