21 C
Baku
12 Sentyabr 2025, 20:11
Dünya

“Ukrayna uğursuz dövlətə çevrilib”

“Ukraynadakı hazırkı vəziyyəti ancaq bu dövlətin ölümü kimi xarakterizə etmək olar”. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə görə, Ukraynada seçkilərin ləğvi ölkənin klassik uğursuz dövlətə çevrilməsindən xəbər verir.

Bütün bu qanunlarla manipulyasiyalar və seçkilərin ləğvi yalnız bir məna daşıyır – uğursuz Ukrayna dövlətinin ölümü”, – TASS Medvedyevin sözlərini yazıb.

O əlavə edib ki, Ukrayna klassik uğursuz dövlətə çevrilir. Medvedev qeyd edib ki, Ukraynada prezident seçkiləri keçirilsəydi, hazırkı dövlət başçısı Vladimir Zelenskinin əleyhdarlarının çoxlu “kozırları” olacaqdı.

Medvedevin sözlərinə görə, Zelenski bu “siyasi çılğınlığın” tam uğursuzluğunu dərk etməyə başlayan “qanlı sponsorlarının” etibarını itirməkdən qorxur. Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Ukrayna rəhbərinin “böyük məbləğdə vəsaitin açıq-aşkar oğurlanması” ilə bağlı “tam səriştəsizliyi, daha doğrusu, oğurluğu” faktları var. O, həmçinin Zelenskini “seçkilərdən qorxan patoloji yalançı və qorxaq, çevrəsinin kabusu” adlandırıb.

Vladimir Zelenskinin səlahiyyət müddəti mayın 20-də başa çatır. Ukrayna rəhbərinin sözlərinə görə, ölkədə davam edən hərbi vəziyyət prezident seçkilərinin keçirilməsinə imkan vermir. Rusiya lideri Vladimir Putin bildirib ki, Zelenskinin qeyri-legitimliyi gələcəkdə istənilən sənədin imzalanmasına təsir göstərə bilər. “Life” xəbər verir ki, Ukrayna prezidenti Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı və Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko ilə rəqabətdən qorxaraq seçkilərdən yayına bilər.

Mənbə: AmpNews

Aynur Camal

Oxşar xəbərlər

“Samsung” məşhur modeli üçün dəstəyi dayandırır

Aynur Camal

Səki qəfil çökdü: Qadın 8 metrlik çuxurda yoxa çıxdı

Aynur Camal

Windows 11-də üzən vidjetlər göründü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu