33 C
Baku
20 İyul 2025, 19:14
Baş xəbərDünya

Ukrayna və Britaniya təhlükəsizlik barədə saziş imzaladılar

Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıblar.

Bugun.tv xəbər verir ki, “Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” bu gün Kiyevdə keçirilən danışıqlardan sonra iki ölkə liderləri tərəfindən imzalanıb.

Sənədlərə əsasən, rəsmi London Kiyevlə kəşfiyyat məlumatlarını mübadilə edəcək, kibertəhlükəsizlik, hərbi təlimlərə kömək edəcək və müdafiə-sənaye əməkdaşlığını gücləndirəcək. Bu saziş NATO-nun Vilnüs sammitində Ukrayna, “Yeddilik” qrupunun üzvləri və onlara qoşulan dövlətlər arasındakı razılaşmaları həyata keçirən təhlükəsizlik müqavilələri arasında ilkdir. Belə ki, Böyük Britaniyanın bu sənəd üzrə təhlükəsizlik öhdəlikləri Ukrayna NATO-ya daxil olana qədər qüvvədə olacaq. Onun qüvvədə olma müddəti müqavilədə müəyyən edilir (uzadılma imkanı ilə on il). Lakin Ukrayna NATO-ya müddət bitməmiş üzv olarsa, təhlükəsizlik öhdəlikləri sona çatacaq və NATO sisteminə daxil ediləcək.

V.Zelenski bildirib ki, Britaniyanın bu sənəd üzrə öhdəlikləri Ukrayna NATO-ya daxil olana qədər qüvvədə qalacaq.

İntizar Əmirova

Oxşar xəbərlər

Əfqanıstanda rusların olduğu şəxsi təyyarənin qəzaya uğramasının səbəbi məlum oldu

Bugün TV

Tanınmış keçmiş futbolçu dünyasını dəyişib

İntizar Əmirova

Qamış sahəsində yanğın oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu