Image default
Baş xəbərDünya

“Ukrayna xalqı artıq dost və qardaş Azərbaycanın qazı ilə çaylarını dəmləyəcək, evlərini isidəcək”

“Ukrayna xalqı artıq dost və qardaş Azərbaycanın qazı ilə çaylarını dəmləyəcək, evlərini isidəcək. Bu təkcə enerji sahəsində əməkdaşlıq deyil, iki xalq arasında uzun illər formalaşmış dostluğun və strateji tərəfdaşlığın göstəricisidir” – bu açıqlamasını siyasi ekspert Aqil Məmmədov öz sosial media hesabında paylaşıb.

Ekspert qeyd edib ki, Şahdənizdə hasil edilən qaz Bakı-Kiyev arasında strateji körpünün özülünü möhkəmləndirən, əməkdaşlığı yeni müstəviyə çıxardan geosiyasi hadisədir.

Ən əsası hər bir Ukraynalı haqqını ödəyib aldığı enerjidən gələn gəlir onlara qarşı deyil, işğaldan azad edilən Qarabağın yenidən qurulmasına sərf ediləcək.

Ümid edirəm ən qısa zamanda əsl Azərbaycan çayını, Ukraynanın təmiz bulaq suyu ilə Xarkov, Kiyevdə Azərbaycan qazında dəmləyib içmək hər birimizə qismət olacaq.

Politoloq, siyasi ekspert Aqil Məmmədov. 

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Azərbaycan–Fələstin münasibətləri strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Aynur Camal

The Guardian: Zelenskinin müdafiə nazirini vəzifədən uzaqlaşdırması Ukraynada və Qərbdə narahatlıq yaratdı

Aynur Camal

Endokrinoloq həftədə ən azı iki dəfə bu giləmeyvəni yeməyi tövsiyə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu