19 C
Baku
28 İyun 2025, 7:27
Baş xəbərDünya

Ukraynada avtobusa pilotsuz təyyarə hücumu: 9 işçi həlak oldu

Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətində işçiləri daşıyan avtobusa pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Hücum nəticəsində azı 9 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.

Dnepropetrovsk vilayətinin qubernatoru Sergey Lısak Telegram-da deyib: “Düşmən hücumu 9 nəfərin həyatına son qoyub. Yaralıların sayı durmadan artır. Hazırkı məlumata görə, 30 yaralı var”.

Sergey Lısakın paylaşımında hücum nəticəsində avtobusun tavanında deşik açıldığı və şüşələrinin sındığı görülüb.

Postda həmçinin qeyd olunub ki, avtobus cəbhə xəttindən təxminən 10 kilometr aralıda, 45 min əhalisi olan Marqanets şəhərində olub.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Ronaldo hər kəsi şoka saldı

Aynur Camal

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirildi

Aynur Camal

“Biz Ukraynada problemin həlli üçün hər cür dialoqa açığıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu