17 C
Baku
29 İyun 2025, 7:58
Baş xəbərDünya

Ukraynada rus casusu tutuldu

Bugun.tv xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti Xarkovda Rusiya kəşfiyyatına məlumat ötürdüyü üzə çıxan 52 yaşlı kişinin saxlanıldığını açıqlayıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) verdiyi açıqlamada saxlanılan şəxsin Ukrayna mövqelərinə casusluq edən qrupun üzvü olduğu bildirilib.

Məlumata görə, sözügedən şəxs müharibənin əvvəlində işə götürülüb və Ukrayna ordusunun mövqelərində şəxsi heyətin sayını, silah-sursatını və hərbi qruplaşmaların koordinatlarını müşahidə edib.

O, hazırda həbsdədir. Cinayətin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir. Cinayətkarı isə ömürlük həbs gözləyir.

Mənbə: Ensonhaber

Teymur Əziz

Oxşar xəbərlər

İlham Əliyev Füzuli şəhərində idman kompleksinin təməlini qoyub

Bugün TV

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib – VİDEO

Aynur Camal

Unudulmuş əfsanəvi telefonlar: Nokia 6600

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu