28 C
Baku
19 İyul 2025, 14:25
Baş xəbərDünya

Ukraynada şok istefa! Xarici işlər naziri Kuleba tutduğu vəzifədən istefa verib

Rusiya ilə amansız müharibə aparan Ukraynada alovlanma yaşanıb. “Reuters”in son xəbərinə görə, parlamentin spikeri Ruslan Stefançuk Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın istefa ərizəsini təqdim etdiyini açıqlayıb.

İstefa Rusiyanın ötən həftə ölkənin qərbindəki Poltava şəhərinə və paytaxt Kiyevə şiddətli hücumlarından sonra başlayan kabinet dəyişikliyinin bir hissəsi kimi şərh edilib.

Digər tərəfdən, Rusiya ordusu Ukraynanın Lvov şəhərinə yeni raket hücumu həyata keçirib. Hücum nəticəsində 5 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.

Mövzu ilə bağlı açıqlamanı Ukrayna prezidenti Zelenski verib. Zelenski müharibə ilə bağlı açıqlamasında “Şəhərdəki adi yaşayış binaları, məktəblər və tibb müəssisələri zərər görüb”, – deyə Zelenski bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İsrail ordusu qabaqlayıcı hücum əməliyyatına başladı

Aynur Camal

Tramvayın əyləci sıradan çıxıb, sərnişinlər yola atılıb: Ölən və yaralananlar var

Aynur Camal

Əsgərlər fələstinli yeniyetməni öldürdü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu