30 C
Baku
27 İyul 2025, 19:13
Digər

Ukraynada yaşayan soydaşlarımız Türkiyəyə yardım etdi-VİDEO

Ukraynada yaşayan soydaşlarımız çətin həyat şərtlərinə baxmayaraq, zəlzələ fəlakəti yaşayan qardaş Türkiyə xalqına dəstəyini əsirgəmir.

Diaspor fəalı, “Güclü Azərbaycan” İctimai Birliyinin sədri Azər Əliyev bu məqsədlə Türkiyə səfirliyində olub, matəm dəftərinə ürək sözlərini yazıb.

Bundan başqa, A.Əliyev şəxsi təşəbbüsü ilə Kahramanmaraşdakı çadır şəhərciyinə 3 ədəd (təxminən 6 min ABŞ dolları) generator bağışlayıb.
Qeyd edək ki, əslən Borçalıdan olan A.Əliyev illərdir ki, Kiyev şəhərində yaşayır,. O, Milli Aviasiya universitetinin elmi işçisidir.

Bu barədə Bugun.tv-yə “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədr müavini Anar Natiqoğlu məlumat verib.

Nigar Məmmədova

Oxşar xəbərlər

BUDO-dan uçuşların ləğvi

İntizar Əmirova

DİN piyadalara müraciət etdi

Aynur Camal

Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası keçirilib-FOTOLAR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu