Ukraynada yaşayan soydaşlarımız çətin həyat şərtlərinə baxmayaraq, zəlzələ fəlakəti yaşayan qardaş Türkiyə xalqına dəstəyini əsirgəmir.
Diaspor fəalı, “Güclü Azərbaycan” İctimai Birliyinin sədri Azər Əliyev bu məqsədlə Türkiyə səfirliyində olub, matəm dəftərinə ürək sözlərini yazıb.
Bundan başqa, A.Əliyev şəxsi təşəbbüsü ilə Kahramanmaraşdakı çadır şəhərciyinə 3 ədəd (təxminən 6 min ABŞ dolları) generator bağışlayıb.
Qeyd edək ki, əslən Borçalıdan olan A.Əliyev illərdir ki, Kiyev şəhərində yaşayır,. O, Milli Aviasiya universitetinin elmi işçisidir.
Bu barədə Bugun.tv-yə “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədr müavini Anar Natiqoğlu məlumat verib.