28 C
Baku
2 İyun 2025, 18:12
Baş xəbərSiyasət

“Ukraynadakı hərbi sənaye obyektlərini hədəf aldıq”

“Hücum hədəfinə çatdı. Bütün müəyyən edilmiş obyektlər vurulub. Ukrayna hərbi hissələri üçün döyüş sursatları, silah və hərbi texnika istehsal edən müəssisələrin fəaliyyəti dayandırılıb”.

Bugun.tv xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib. O, Ukraynadakı hərbi sənaye obyektlərinə gecə saatlarında dəniz və havadan uzaqməsafəli raketlərlə hücum edərək, sursat, silah və hərbi texnika istehsal edən müəssisələrinə hücuma keçdiklərini deyib.

Rusiya hücum dəstələrinin Donetsk istiqamətində Bahmut (Artyomovsk) şəhərinin qərb hissəsindəki Ukrayna qoşunlarını zərərsizləşdirdiyini qeyd edən Konaşenkov, hava-desant qoşunlarının hücum dəstələrinin hərəkətlərini dəstəklədiyini və Ukrayna qoşunlarına təzyiq göstərdiyini açıqlayb.

“Donetsk vilayətinin Kalinovka, Çasov Yar, Nikolayevka və Stupochki bölgələrində Ukrayna əsgərlərinə qarşı hücumlarn təşkil edilib. Son sutka ərzində Rusiya döyüş təyyarələri bu bölgədə 6 uçuş həyata keçirıb. Artilleriya bölmələri 64 dəfə atəş açıb”.

Bundan başqa, Konaşenkov sözügedən bölgədə 330-a yaxın Ukrayna əsgərini zərərsizləşdirdiklərini iddia edib.

Mənbə: Cumhuriyyet

Bugün TV

Oxşar xəbərlər

3 min 612 ton pambıq ipliyi ixrac olunub

Aynur Camal

“Ermənilərlə birgə yaşamaq daha çox Ermənistanın özündən asılıdır”

Nigar Məmmədova

İspaniyada daşqınlar dayanmır: 8 bölgədə həyəcan siqnalı verilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu