27 C
Baku
29 İyun 2025, 13:15
Baş xəbərDünya

“Ukraynadakı müharibə Avropanın azadlığı uğrunda gedən müharibədir”

Avstriyanın “Krone” nəşrinə müsahibəsində Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrel bildirib ki, “Rusiyaya qarşı sanksiyalar fonunda Avropa Birliyi qısa müddətdə iqtisadi problemlərlə üzləşəcək, lakin bu, Avropanın ödəməli olduğu azadlığın qiymətidir”.

Onun sözlərinə görə, Avropa Rusiya ya qarşı sanksiyalar tətbiq etməklə rəsmi Moskvanın neft və qaz satışından asılı olan, həmçinin Qərb texnologiyalarına ehtiyacı olan iqtisadi imkanlarını məhdudlaşdırır.

“Təbii ki, qısa müddətdə ciddi problemlərlə üzləşəcəyik. Qazın qiymətinin qalxdığını danmamalıyıq, amma azadlığın əvəzini ödəməyə də hazır olmalıyıq. Çünki Ukraynadakı müharibə təkcə ukraynalıların müharibəsi deyil, bizim azadlığımız uğrunda gedən müharibədir”.

O qeyd edib ki, “Aİ üçün ən böyük problem koronavirus pandemiyasından sonra  enerji böhranıdır. Lakin ümid edirəm ki, bloka üzv ölkələrin birliyi bunun öhdəsindən gəlməyə kömək edəcək”.

Aynur Camal

Oxşar xəbərlər

Üzünü ülgüc doğradı və minlərlə dollar təzminat aldı

Aynur Camal

Kreml: İranın Rusiyaya raket göndərməsi iddiası reallığa əsaslanmır

Aynur Camal

Avstraliyada komendant saatı elan edildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu