Dünya

Ukraynadan Çindən ABŞ və Rusiyaya xəbərdarlıq: Avropa bu işə qarışmalıdır

ABŞ-ın Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün atdığı addımları qiymətləndirən Çindən Avropaya mesaj gəlib. Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Lu Şai bəyan edib ki, ABŞ və Rusiya Ukraynada Avropanı istisna edən sülhü tətbiq etməməlidir. Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün ABŞ-dan kritik addımlar gəlir. Vladimir Putin müharibə danışıqlarına müsbət yanaşsa da, Donald Trampın Vladimir Zelenski ilə debatı hələ də gündəmdə qalır. Çin ABŞ-ın Rusiya ilə Ukrayna arasında vasitəçiliyi ilə bağlı açıqlama verib.

“South China Morning Post” qəzetinin məlumatına görə, Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Lu Şai Pekində Çin Milli Xalq Məşvərət Konfransının (NACPC) ümumi yığıncağı çərçivəsində keçirilən səfirlər panelində iştirak edib.

Ukrayna ilə bağlı fərqli sülh təkliflərinin bərabər şəkildə müzakirə edilməli və azlıq tərəfindən diktə edilməməsi lazım olduğunu ifadə edən Lu, “ABŞ və Rusiya Ukraynada sülhə təkbaşına qərar verməməlidir. Xüsusilə diplomatik manevrlərlə küncə sıxışdırıldığını düşünən Avropa ölkələri bu mövzuda narahatlıqlarını ifadə etdikdə” deyib.

Lu ABŞ prezidenti Donald Trampın Avropaya qarşı “qürurlu” və “despotik” siyasət yürütdüyünü qiymətləndirərək, “Onun müttəfiqləri ilə bu cür davranması, açığı, Avropa baxımından çox qorxulu bir vəziyyətdir” deyib.

Avropanın Vaşinqton administrasiyasının yanaşmasına baxaraq son illərdə Çinlə münasibətlərinin niyə pisləşdiyini düşünməli olduğunu qeyd edən Lu deyib: “Avropalı dostlarımız Tramp administrasiyasının siyasətini Çin hökumətinin siyasəti ilə müqayisə etsələr, Çinin diplomatik yanaşmasının sülh, dostluq, xoş niyyət və qazan-qazan əməkdaşlığa əsaslandığını görəcəklər”.

Ukraynada müharibə başlayandan bəri avropalıların Çini Rusiyaya yaxın durmaq və dəstəkləməkdə ittiham etdiyini xatırladan Lu, “Hələ də kimsə Çinin Rusiyanın yanında olduğunu düşünür? Əgər belə düşünürlərsə, ABŞ-ı da günahlandırmalıdırlar. ABŞ təkcə Rusiyaya yaxın deyil, həm də ona dəstək verir” deyə şəhr edib.

Transatlantik münasibətlərin hazırkı vəziyyətinin Çinə Avropa ilə əlaqələrini yaxşılaşdırmaq imkanı verdiyi fikrinə qarşı çıxan Lu deyib:

“Çinin xarici əlaqələri ABŞ-ın müttəfiqlərini ondan uzaqlaşdırmağa yönəlməyib. Biz ümumi maraqlara əsaslanan həqiqi tərəfdaşlıq əlaqələri qurmaq istəyirik. ABŞ-ın Avropa ilə bağlı siyasətindən asılı olmayaraq, Çin Avropa ölkələrinə qarşı sülh, dostluq və qazan-qazan əməkdaşlığa əsaslanan yanaşmasını və müsbət mövqeyini davam etdirəcək”.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Heinz brendi – ketçup üzüyü buraxdı VİDEO

Aynur Camal

İordan çayının qərb sahilinə hava hücumu: 18 şəhid

Aynur Camal

Çin dünyanı dayandıra bilər! Britaniyalı deputat GPS-in təhlükəsini izah etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu