Baş xəbərİqtisadiyyat

Ukraynadan gələn taxıl gəmisi Türkiyəyə daxil oldu

Bugun.tv xəbər verir ki, Ukraynadan yola düşən “Dayanıqlı Afrika” adlı taxıl yüklü gəmi Bosfor boğazından keçərək İsrailə doğru hərəkət edib.

Rusiya taxıl dəhlizi sazişindən çıxdıqdan sonra Palau bayrağı altında üzən 76 metr uzunluğundakı “Dayanıqlı Afrika” yük gəmisi taxıl yükü ilə birlikdə Odessanın Çornomorsk limanını tərk edib.

Gəmi gecə saatlarında Ukrayna ərazi sularına, oradan Rumıniyaya, daha sonra Bolqarıstan ərazi sularına və nəhayət, Türkiyəyə daxil olub.

İsrailə getmək üçün təxminən 1,5 gün sonra Kumköy sahillərinə çatan gəminin heyətinin Ukrayna, Türkiyə və Misir olduğu öyrənilib.

Kumköydəki prosedurlardan sonra gecə saat 04.30 radələrində Boğaziçi boğazından keçən taxıl gəmisinin İsrailə gedəcəyi öyrənilib.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu