Dünya

Ukraynadan İsrail tipli sui-qəsd cəhdi!

Rusiya kəşfiyyatı enerji banklarına yerləşdirilmiş bombalarla yüksək rütbəli Ukrayna hərbçilərinə sui-qəsd cəhdinin qarşısını aldıqlarını açıqlayıb. Bu sui-qəsd cəhdi yada İsrailin Livan Hizbullahına hücumunu gətirdi. Keçmiş Mossad agentlərinin etirafına görə, İsrail də Hizbullah üzvlərinin peycer və radiolarına bomba yerləşdirərək hücumlar həyata keçirib.

Rusiyanın daxili təhlükəsizlik qurumu Federal Təhlükəsizlik Xidməti (FSB), Ukrayna kəşfiyyatının Müdafiə Nazirliyinə bağlı fiqurlara bombalı hücum planlaşdırdığını iddia edib. FSB-dən verilən açıqlamada, Ukrayna agentlərinin Moskvada yüksək rütbəli rus zabitləri və onların ailələrini öldürmək üçün portativ şarj cihazları (power bank) və ya qovluqlarda gizlədilmiş bombalar hazırladığı iddia edilib.

Sui-qəsd planının qarşısının alındığı və bombalı hücumun hazırlanmasında rol oynadığı iddia edilən 4 Rusiya vətəndaşının saxlanıldığı açıqlanıb. Hakimiyyət bu Rusiya vətəndaşlarının Ukrayna kəşfiyyatı tərəfindən işə götürüldüyünü iddia edib. Sui-qəsdin hədəflərinin adları açıqlanmayıb.

Rusiya kəşfiyyatı iddia edib ki, saxlanılan şəxslərdən birinin əlindəki bomba portativ şarj cihazında (powerbank) gizlədilib və avtomobilə bərkidilməsi üçün ona maqnit yapışdırılıb. Digər şübhəlinin isə Rusiya müdafiə rəsmilərinin hərəkətlərini izləmək üçün təyin edildiyi iddia edilib. Qalan iki nəfərin vəzifəsinin qovluqda gizlədilən bombanı hədəfə çatdırmaq olduğu bildirilib.

Britaniyanın Reuters xəbər agentliyi Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) iddialarla bağlı şərh tələblərinə cavab vermədiyini bildirib.

Ukraynanın powerbank cihazlarına bomba yerləşdirdiyi iddiası İsrailin Livan Hizbullahına hücumunu yada saldı. Bu yaxınlarda iki keçmiş Mossad agenti Hizbullahın zəng və radio cihazlarına yerləşdirilən bombaların İsrailin 10 illik planı olduğunu bəyan etmişdilər.

Livanda Hizbullah üzvlərinin istifadə etdiyi peycerlər bir-birinin ardınca partlayıb. Qurğuların partlaması nəticəsində biri uşaq olmaqla 9 nəfər ölüb, 200-ü ağır olmaqla 3 min nəfər yaralanıb.

Ölkənin bir çox yerində baş verən partlayışlar təhlükəsizlik kameralarına əks olunub. O zaman İsrail səlahiyyətlilərə məsələ ilə bağlı açıqlama verməmək barədə xəbərdarlıq etmiş və hücuma görə məsuliyyəti üzərinə götürməmişdi.

Sentyabrın 18-də ölkədə radioların partlaması nəticəsində 20 nəfərin öldüyü, 450-dən çox insanın yaralandığı bildirilib.

Sentyabrın 18-də ölkədə radioların partlaması nəticəsində 20 nəfərin öldüyü, 450-dən çox insanın yaralandığı bildirilib. Livan rəsmiləri hadisəyə görə İsraili məsuliyyət daşısa da, o zaman İsraildən heç bir açıqlama gəlməyib.

Mənbə: Tgrt

Aynur Camal

Oxşar xəbərlər

Venesuelada seçki zorakılığı: Ölənlərin sayı artdı

Aynur Camal

Ərdoğan CHP sədrinin ödəyəcəyi təzminatı orduya bağışladı

İntizar Əmirova

Evlilik saytında tanış olduğu 15 nəfərlə evləndi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu