29 C
Baku
1 İyun 2025, 15:44
Baş xəbər

Ukraynalı uşaqların Azərbaycan Milli Xalça Müzeyinə ekskursiyası təşkil edilib

Bugun.tv-yə daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ölkəmizə gətirilərək reabilitasiya xidmətləri göstərilən ukraynalı uşaqların Azərbaycan Milli Xalça Müzeyinə ekskursiyası təşkil olunub.

Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev də uşaqlarla birgə Azərbaycan milli xalça sənətinin bədii incilərilə tanış olub. Onlara milli irsimizin nümunələri barədə geniş məlumat verilib.

Qeyd edək ki, Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində emosional vəziyyətlərinin stabilləşməsinə dəstək göstərilir.

Bundan əvvəlki 6 qrupla birlikdə ümumilikdə 200-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub 

Bugün TV

Gürcüstan hava ilə əlaqədar Ermənistan və Türkiyə istiqamətində yolları ağır yük maşınları üçün bağladı

Aynur Camal

Azərbaycan-Ermənistan münasibətlərində növbəti addım nə olacaq?- ŞƏRH

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu