Rusiya hərbi qüvvələri öz nəzarətindəki ərazilərə əks-hücumun qarşısını almaq üçün bazar günü Ukraynanın şərqindəki mövqelərini vurub
Bugün.TV “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya bu addımı Donbas uğrunda gedən döyüşlərdə Ukrayna qüvvələrini mühasirəyə almaq üçün atıb.
Aprelin ortalarından bəri Rusiya hərbi qüvvələri Kiyevi ala bilmədiyi üçün Donbası ələ keçirməyə çalışaraq gücünün böyük hissəsini buraya cəmləyib. Britaniya hərbi kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiya fevralda əraziyə yerləşdirdiyi quru döyüş qüvvələrinin təxminən üçdə birini itirib. Qarşıdakı 30 gün ərzində çətin ki, sürətli irəliləyiş əldə edə bilsin.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri