12 C
Baku
22 Aprel 2025, 4:15
Baş xəbərDünya

Ukraynanın Donetsk vilayətində gərgin toqquşmalar davam edir

Bugun.tv TRThaber-e istinadən bildirir ki, təxminən 15 aydır davam edən Rusiya-Ukrayna müharibəsində ən şiddətli qarşıdurmalar Donetsk bölgəsində yaşanır.

Məlumata əsasən, ötən il Ukrayna ordusunun Xarkov və Xerson vilayətlərində Rusiya ordusuna qarşı geniş əks-hücumlarından sonra Donetsk vilayətində toqquşmalar daha da şiddətlənib. Ukraynanın Xerson, Luqansk, Zaporojye, Xerson və Xarkov və digər vilayətlərində toqquşmalar davam edir, lakin ən gərgin döyüşlər Donetskin müxtəlif məntəqələrində yaşanır.

Cəbhə xəttində Ukrayna ordusunun həmçinin artilleriya və pilotsuz uçuş aparatları (PUA) üçün hava hücumundan müdafiə sistemlərinin səslərinin tez-tez eşidildiyi bölgədə tank və zirehli texnikanın intensiv fəaliyyəti diqqət çəkir.

Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin tez-tez alçaqdan uçduğu, helikopter səslərinin eşidildiyi bölgədə qarşıdurmaların şiddəti cəbhənin hər nöqtəsində hiss olunur.

Ukraynada əsgərlərin cəbhə xəttində həqiqi döyüşlərdə döyüş təcrübəsinə malik olmalarına baxmayaraq, bütün əsgərlərin döyüşə hazırlıq vərdişlərinin daim təkmilləşdirilməsinə böyük önəm verilir.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Misirdə tarixi kəşf: 3500 ildən çoxdur

Aynur Camal

Kiçik fələstinli qızın ərəb dövlətlərinə qarşı üsyankar sözləri diqqət çəkdi

Aynur Camal

Əyləncə məkanında baş verən yanğında 6 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu