Baş xəbərDünya

“Ukraynanın NATO-ya üzvlüyünün sürətləndirilməsini istəyirik”

Bugün.tv bildirir ki,Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb.

Və Ukrayna xarici işlər naziri Dmitro Kuleba ölkəsinin alyansa üzvlüklə bağlı müraciətini NATO-nun baş katibi Yens Stoltenberqlə  müzakirə edib.

Tərəflər Ukraynanın üzvlük müraciəti ilə bağlı əlaqə saxlamağa razılaşıblar.

Bundan əlavə, NATO-nun Ukraynaya Rusiya ilə müharibədə dəstək vermək üçün atdığı praktiki addımları müzakirə edilib.

Xatırladaq ki, Ukraynanın qərarını artıq dörd ölkə – Kanada, Litva, Latviya və Estoniya dəstəkləyib.

Aynur Camal

Oxşar xəbərlər

Bağ evində qalan tikinti materiallarından nə hazırlamaq olar: faydalı və sadə ideyalar

Aynur Camal

On illik xaos: Britaniya yeddinci baş nazir seçməyə hazırlaşır

Aynur Camal

G7 ölkələri Ukraynaya Rusiyanın aktivlərindən 45,5 milyard dollar ayırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu