11 C
Baku
13 Fevral 2026, 20:20
DünyaSiyasət

Ukraynaya 400 milyon dollar yardım ediləcəyi təsdiqləndi

“The New York Times” yazır ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Pentaqonun Ukraynaya təhlükəsizlik yardımı göstərmək təşəbbüsü üçün 400 milyon dollar ayrılmasını təsdiqləyib.

Konqresmenlər Kiyev üçün maliyyənin kəsilməsini tələb edən respublikaçı Marjorie Taylor Greenin təklifini də rədd ediblər. Sənədə Pentaqonun Ukraynaya hərbi yardımı dayandırmaq və ya ləğv etmək planları barədə ABŞ Konqresini xəbərdar etməsi tələbi əlavə edilib. NYT xatırladır ki, yayda Pentaqon konqresmenləri xəbərdar etmədən bu prosesi dayandırmışdı.

Yardımın ayrılması Pentaqonun 2026-cı il büdcə layihəsinə daxil edilib və onun ümumi məbləği 892,6 milyard dollar təşkil edib. Sənəd 196 əleyhinə 231 səslə qəbul edilib.

İyulda ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Ukraynaya daha böyük məbləğdə – 500 milyon dollar yardım ayırmağı təklif edib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

“Ermənistanda seçkilər öncəsi müxalifət zəifdir”

Aynur Camal

Deputat Razi Nurullayev “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinə münasibət bildirib

Aynur Camal

Almaniya və Fransa Avropada elektromobil batareya sənayesinə birgə investisiyanı yenidən gündəmə gətirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu