23 C
Baku
10 İyun 2025, 0:16
Baş xəbərDünya

“Ukraynaya Krımı geri almağa yardım etməyə qərarlıyıq”

Xarici Xəbərlər. 

Amerika Ukraynaya Krımı geri almaq da yardım etməyə qərar verib.

Belə ki, Bayden administrasiyası Kiyevin 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Ukrayna yarımadasına zərbə endirmək üçün gücə ehtiyacı olduğu arqumentini nəzərdən keçirir.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson çıxışı zamanı deyib ki, “Biz bütün müharibə boyu demişik ki, Krım Ukraynadır və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərində özünü və suveren ərazilərini müdafiə etmək hüququ var”.

ABŞ rəsmiləri və ekspertləri Kremlin taktiki nüvə silahından istifadə etməsi riskinin hələ də qaldığını bildirsələr də, bu barədə ümumi qorxuların azaldığını da vurğulayıblar.

Bayden administrasiyası Ukraynaya müharibə başlayandan bəri müxtəlif silah yardımları edib. Lakin Kiyevin yarımadadakı Rusiya qurğularına hücum etməsi üçün lazım olan uzaqmənzilli raket sistemlərini verməyə hələ hazır deyil.

Nəşrin məlumatına görə, Ukrayna rəsmiləri ilə aylarla davam edən danışıqlardan sonra Bayden administrasiyası Rusiya bazalarına zərbələr endirmək üçün Kiyevin vəsaitə ehtiyacı olmasına meyil edir.

İndi Bayden administrasiyası getdikcə daha çox əmindir ki, Rusiyanın arxa xətlərinə zərbələr Moskvanın irəliləmək bacarığını ciddi şəkildə sarsıdacaq.

Mənbə: theNewYorkTimes

Aynur Camal

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şübhəli ekstradisiya edildi

Aynur Camal

9 yaşındakı uşağa bibər qazı sıxan şübhəlinin gözləri qaçdı

Aynur Əfəndi Zadə

Vəhşilik! Zibillikdən 9 nəfərin meyiti tapılıb

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu