7 C
Baku
29 Yanvar 2026, 0:17
Dünya

Ukraynaya məxsus daha iki pilotsuz təyyarə vuruldu

Bugun.tv xəbər verir ki, Belqorod vilayətində Ukraynaya məxsus daha iki pilotsuz uçuş aparatı (PUA) vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

Nazirliyin məlumatına görə, Moskva vaxtı ilə saat 15:30 radələrində Rusiya ərazisində hədəflərə terror aktı həyata keçirməyə cəhd edən iki pilotsuz təyyarə məhv edilib. Regionun rəhbəri Vyaçeslav Qladkov Teleqram səhifəsində yazıb: “Ərazi özünümüdafiə qüvvələrimiz Maslovaya Pristan kəndi ərazisində daha bir təyyarə tipli PUA-nı vurublar“.

Bundan əvvəl Belqorod vilayətinin qubernatoru Ukrayna Silahlı Qüvvələrinin bölgədəki üç yaşayış məntəqəsini atəşə tutduğunu bəyan edib. Ölən və yaralananlar olmayıb.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Dünya liderləri NATO-nun gələcəyini müzakirə edir

Aynur Camal

Rusiyanın hava hücumları davam edir, dinc sakinlər həlak olur

Aynur Camal

“Qrenlandiya məsələsi Avropa üçün strateji siqnaldır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu