34 C
Baku
27 İyul 2025, 14:58
Baş xəbərDünya

“Ukraynaya qarşı müharibə hər yerdə təcavüzkarlığa mesaj verir”

ABŞ dövlət katibi Antoni Blinken G20 sammiti çərçivəsində keçirilən görüşdə cümə günü deyib ki, Ukrayna müharibəsi hər yerdə təcavüzkarlara mesaj verir.

“Əgər biz Rusiyaya cəzasız qalamaqda və  Ukraynada etdiklərini davam etməyə icazə versək, bu, hər yerdə təcavüzkarlara bir mesaj olar, buna yol verə bilmərik”.

“Avropadan kənarda olan ölkələrin də buna bu qədər diqqət yetirməsinin və Ukraynanı dəstəkləmək və problemin öhdəsindən gəlmək üçün çalışmasının səbəblərindən biri də dünyada kiçik dövlətlərə qarşı edilən təcavüzkarlığı dayandırmaqdır”, – deyə Blinken Nyu-Dehlidə danışıb.

Quad, 2000-ci illərin əvvəllərinə təsadüf edən təhlükəsizliyə yönəlmiş qeyri-rəsmi bir qrupdur. Baxmayaraq ki,  böyük dövlətlərdən biri olan Çin bir çox təhlükəsizliyə səbəb olur, bu Quad qrupu getdikcə Çinin mənfi təsirinə qarşı tarazlıq yaradır.

Blinken əlavə etdi ki, bütün dünyada insanların üzləşdiyi çətinlikləri “hər hansı bir ölkə təkbaşına hərəkət etməklə” həll edilə bilməz.

Aynur Camal

Oxşar xəbərlər

Altıağac Milli Parkında baş verən yanğının səbəbləri rəsmi olaraq açıqlanıb

Aynur Camal

Dmitri Peskov: “Kreml Trampın Putinlə bağlı bəyanatı ilə tanışdır”

Nigar Məmmədova

F-35 döyüş təyyarələri qırmızı siqnal verir: 8 il ərzində 10-dan çox qəza baş verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu