16 C
Baku
16 Noyabr 2025, 2:11
Baş xəbərİdman

Ultramarafonçu Elməddin Məmmədovdan Zəfərin 5-ci il dönümünə həsr olunan möhtəşəm uğur

Bugun.tv– xəbər verir ki, 9 noyabr tarixində tanınmış ultramarafonçu və iş adamı Elməddin Məmmədov Özbəkistanın qədim və tarixi Səmərqənd şəhərində keçirilən beynəlxalq marafonda 42.2 km məsafəni uğurla qət edərək növbəti böyük nailiyyətinə imza atıb. O, bu qaçışı Azərbaycan Zəfərinin 5-ci ildönümünə, Müzəffər Ordumuza və şəhidlərimizin əziz xatirəsinə həsr etdiyini xüsusi vurğulayıb.

Elməddin Məmmədov yarış boyunca həm idmançı xarakterini, həm də milli ruhunu nümayiş etdirərək Azərbaycan bayrağını Səmərqənddə qürurla dalğalandırıb. Finiş xəttini keçən zaman göstərdiyi iradə, əzmkarlıq və milli duyğu marafonu izləyən iştirakçılar və təşkilatçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

   İllərdir müxtəlif ölkələrdə keçirilən yarışlarda iştirak edən Elməddin Məmmədov təkcə idman sahəsində deyil, eyni zamanda iş fəaliyyətində də vətənpərvər mövqeyi, dövlətinə və millətinə sadiqliyi ilə tanınır. O, həm sosial layihələrdə, həm də gənclərin inkişafına yönəlik təşəbbüslərdə fəal şəkildə iştirak edir, iş həyatında dürüstlük, prinsipiallıq və milli dəyərlərə bağlılıqla seçilir.

Elməddin Məmmədov bu uğuruyla həm şəxsi idman tarixində yeni bir səhifə açdı, həm də Azərbaycan idmanının beynəlxalq arenada təbliğinə töhfə verdi. Onun bu addımı Zəfər Gününün mənəvi ruhuna, əsgər və şəhidlərimizin əziz xatirəsinə səmimi bir ehtiram nümunəsi oldu.

Aynur Camal

Oxşar xəbərlər

Hindistan əhalisinin sayı Çini ötüb keçir

Aynur Camal

Terrorçu-kamikadze tərəfdən edilən partlayış nəticəsində 21 nəfər ölüb

Aynur Camal

Avropadan Asiyaya 1 Mayın qeyd olunduğu ölkələr! Dünyadan görüntülər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu